AZ

Mədəniyyət Elçiləri Platformasının rəqəmsal portalı təqdim olunub

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Antalyada keçirilən Azərbaycan Mədəniyyət Elçiləri Forumu çərçivəsində Mədəniyyət Elçiləri Platformasının rəqəmsal portalı – www.azcultureglobal.org təqdim edilib.

“Qafqazinfo” xəbər verir ki, portal Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşəbbüsü ilə hazırlanıb.

Mədəniyyət naziri Adil Kərimli jurnalistlərə açıqlamasında bildirib ki, bu portal vasitəsilə mədəniyyət elçiləri elektron şəkildə əlaqələndiriləcək, ortaq layihələrin icrası və qarşılıqlı əməkdaşlıq asanlaşdırılacaq:

“Hər bir xaricdə yaşayan soydaşımız öz fərdi kabinetinə daxil olaraq ümumi məlumatlara, hər ölkədə təşkil olunan mədəniyyət layihələrinə, keçirilən tədbirlərə və digər yeniliklərə çıxış əldə edə biləcək. Portal həmçinin Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən layihələrlə bağlı davamlı məlumat mübadiləsini təmin edəcək”.

A. Kərimlinin sözlərinə görə, bu sistemin tətbiqi Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda koordinasiyalı şəkildə tanıdılmasına, eləcə də xaricdə yaşayan soydaşlarımız arasında mədəni həmrəyliyin möhkəmlənməsinə xidmət edəcək.

Lamiyə Məmmədova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
50
qafqazinfo.az

1Mənbələr