"Qalatasaray" sabah Çempionlar Liqasında səfərdə "Ayaks"la qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, "sarı-qrmızılar" Niderlanda ciddi itki ilə yollanıb.

Yüngül zədəsi olan Yunus Akgün heyətə daxil edilməyib.

Ondan başqa zədəsi davam edən İlkay Gündoğan da bu görüşdə iştirak edə bilməyəcək.

Qeyd edək ki, "Ayaks" - "Qalatasaray" sabah gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.