AZ

Paytaxtda 10000 manatlıq oğurluq edənlər saxlanılıb

Paytaxtın Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, zərərçəkmiş iki nəfər polisə müraciət edərək ümumilikdə 10000 manat dəyərində məişət əşyalarının talanmasını bildiriblər.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə V.Məmmədov və əvvəllər məhkum olunmuş R.Əliyev şübhəli şəxs qismində saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
20
3
ucnoqta.az

10Mənbələr