AZ

Şuşada “Könüllü qaliblər 2: Zəfər ilməsi” layihəsi həyata keçirilib

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 4 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5 illiyi münasibətilə Şuşada “Könüllü Qaliblər–2: Zəfər ilməsi” layihəsini həyata keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə həyata keçirilən layihə ötən il icra olunan “Könüllü qaliblər” proqramının davamı kimi reallaşıb.

Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tədbirdə çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin xalqımız üçün əbədi qürur mənbəyi olduğunu vurğulayıb. Nazirlik tərəfindən Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, qazilər, müharibə veteranları ilə bağlı ardıcıl sosial dəstək tədbirlərinin həyata keçirildiyi bildirilib.

Həmin kateqoriyalardan olan vətəndaşlara göstərilən DOST xidmətləri, onlar üçün həyata keçirilən sosial dəstək tədbirləri barədə məlumat verilib.

Müharibə veteranları döyüş xatirələrini tədbir iştirakçıları, o cümlədən DOST könüllüləri ilə bölüşüb, onların suallarını cavablandırıblar. Proqram çərçivəsində iştirakçılar üçün Şuşa şəhərində gəzinti təşkil olunub.

Eyni zamanda, Qarabağ xalçasının son ilmələri simvolik olaraq məhz Vətən müharibəsi iştirakçıları tərəfindən vurulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
2
azertag.az

3Mənbələr