AZ

Alimlər qan xərçəngi ilə mübarizənin təhlükəsiz metodunu aşkarlayıblar

İspaniyanın Xosep Karreras Leykemia İnstitutunun tədqiqatçıları müəyyən ediblər ki, “H2A” makrohiston ailəsinə aid olan üç zülal variantından istənilən birinin çıxarılması, əlavə yan təsirlər olmadan qan xərçənginin (leykozun) müalicəsində yeni üsul kimi istifadə oluna bilər.

Aznews.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Araşdırmanın nəticələri “Science Advances (SciAdv)” jurnalında dərc olunub.

Leykoz zamanı sümük iliyində anormal leykoz hüceyrələri toplanır və nəticədə normal qan yaranması prosesi “sıxışdırılır”. Bu növ xərçənglə mübarizə tibbin ən çətin problemlərindən biridir, çünki leykoz çox vaxt müalicə başa çatdıqdan bir müddət sonra yenidən inkişaf etməyə başlayır . Hazırda alimlər xromatinlə — genetik məlumatın saxlandığı və genlərin fəaliyyətini tənzimləyən strukturlarla --əlaqəli yeni terapevtik hədəflər axtarırlar.

Seçilən
42
aznews.az

1Mənbələr