AZ

İranın mərkəzindəki neft zavodunda güclü yanğın baş verib

Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İranın mərkəzi hissəsində yerləşən neft emalı zavodunda yanğın baş verib.

Ölkə.az "Mehr" agentliyinə istinadla xəbər verir ki, “Eyvanki” şirkətinə məxsus neft emalı zavodunda, Sənaye şəhəri Cənnət-Abadda yanğın başlayıb.

Hazırda Səmnan və Tehran vilayətlərindən olan yanğınsöndürən və qəza-xilasetmə briqadaları yanğının qarşısını almaq üçün çalışırlar.

Yanğının söndürülməsinə həmçinin Qırmızı Aypara cəmiyyəti, yanğınsöndürmə xidməti, təcili tibbi yardım, polis əməkdaşları və Tehran vilayətindən göndərilən əlavə dəstək qrupları da cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan və ya həlak olanlar barədə məlumat açıqlanmayıb.

Yanğının səbəbi hələlik məlum deyil, məsələ müvafiq ekspertlər tərəfindən aparılan araşdırmadan sonra müəyyən ediləcək.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
1
olke.az

2Mənbələr