AZ

“İnsan evlənərək problemlərdən qaçmağa yox, birlikdə inkişaf etməyə qərar verməlidir” PSİXOLOQ

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Evlilik qərarı insan həyatının ən ciddi addımlarından biridir və bu addımı atmazdan əvvəl hər kəs diqqətli olmalıdır. Əvvəlcə insan özünü tanımalı, emosional ehtiyaclarını və gözləntilərini dərk etməlidir. Qarşı tərəfin xarakteri, dəyərləri, ailəyə və münasibətlərə baxışı diqqətlə müşahidə edilməlidir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında ailə psixoloqu Sevinc Həbibova deyib.

Psixoloq qeyd edib ki, evlilik təkcə sevgi üzərində qurulmamalıdır.

“Çünki uzunömürlü münasibəti hörmət, səbir və qarşılıqlı anlayış qoruyur.

Aqressiya, hörmətsizlik və daima nəzarət meylləri münasibətin başlanğıcında görünürsə, bu siqnalları görməzlikdən gəlmək olmaz. Maddi və mənəvi baxımdan uyğunluq olduqca vacibdir. Hər iki tərəf bir-birinə yalnız partnyor kimi deyil, həm də dost kimi yanaşmağı bacarmalıdır.

Evlilik, kimisə dəyişdirmək cəhdi deyil, iki fərqli insanın bir-birini olduğu kimi qəbul etməsidir. İnsan evlənərək problemlərdən qaçmağa yox, birlikdə inkişaf etməyə qərar verməlidir. Ən əsası isə, evlilikdə sevgi qədər, daxili sakitlik və qarşılıqlı hörmət də böyük rol oynayır”.

Gülxanım

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
icma.az

1Mənbələr