AZ

Avropadan gələn xəbər Saakaşvilini ümidləndirdi: Sona qədər mübarizə!

BAKI, 4 noyabr. TELEQRAF

“Serbiyanın avtoritar Prezidenti Aleksandr Vuçiç bir il davam edən etirazlardan sonra etirazçıların tələbini qəbul edərək növbədənkənar seçki qərarı verib”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.

O bildirib ki, polislə dəfələrlə toqquşmalara baxmayaraq, serblər etirazlar zamanı qoyulan tələbləri çərçivəsində məqsədlərinə nail olublar:

“2003-cü ilin “Qızılgül” inqilabını xatırlayın, Serbiyadakı inqilabdan ilhamlanmışdı. İnqilabdan əvvəl Belqrada getdim və “Otbori” üzvləri ilə görüşdüm, onların təcrübələrini ətraflı öyrəndim.

Serbiya bizə göstərdi ki, Gürcüstanda etirazları saxlamaq və genişləndirmək indi həyati əhəmiyyət daşıyır.

İvanişvilinin etirazçıları paranoid olaraq qorxutmağa çalışması, bu etirazın rejim üçün ölümcül təhlükə olduğunu sübut edir. Sona qədər - qələbəyədək mübarizə!”.

Xatırladaq ki, oktyabrın 4-də Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilərdən sonra paytaxt Tbilisidə hökumət əleyhinə başlayan etirazlar davam edir.

Seçilən
24
teleqraf.com

1Mənbələr