AZ

ABŞ və Qətər 2035-ci ilə qədər qlobal maye qaz bazarının 55%-ni tutacaq

ABŞ və Qətər 2035-ci ilə qədər qlobal maye təbii qaz (LNG) bazarının təxminən 55%-nə nəzarət edəcək, lakin bazarda tədarükün şaxələndirilməsi mühüm əhəmiyyət kəsb edir və artıq yeni oyunçular meydana çıxmağa başlayıb. Bu barədə Nigeria LNG şirkətinin rəhbəri Filipp Mşelbila Əbu-Dabidə keçirilən ADIPEC konfransında bildirib.

Onun sözlərinə görə, ABŞ və Qətər Avropada boru qazının payının azalması nəticəsində yaranan boşluğu doldurmaqla bazarda üstünlük qazanıblar.

“Alıcıların əsas məqsədlərindən biri diversifikasiyadır. Avropada Rusiyadan qaz asılılığını azaltmaq üçün böyük səylər göstərildi və bu boşluğu əsasən ABŞ və Qətər doldurdu. Mövcud proqnozlara görə, indi və 2035-ci il arasında bu iki ölkə dünya LNG tədarükünün təxminən 55%-ni təşkil edəcək”, – deyə Filipp Mşelbila qeyd edib.

Mşelbila həmçinin vurğulayıb ki, son hadisələr və qiymət artımı qaz hasilatının artmasına təkan verib, nəticədə bazarda yeni istehsalçılar meydana çıxır.

Seçilən
37
banker.az

1Mənbələr