AZ

“Kompüter operatoru” və “Dərzi” peşə ixtisasları üzrə nəzəri qiymətləndirilmə aparılıb

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 4 noyabr, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “Kompüter operatoru” və “Dərzi” peşə ixtisasları üzrə nəzəri imtahan keçirilib.

TKTA-dan AZƏRTAC-a bildirilib ki, imtahanda 16 nəfər iştirak edib.

Qeyd edək ki, TKTA tərəfindən qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması prosesi iki mərhələdən ibarətdir. İlk mərhələdə ərizəçilər biliklərin qiymətləndirilməsi məqsədilə nəzəri imtahanlara cəlb olunurlar. Nəzəri imtahanı uğurla keçən namizədlər ikinci mərhələyə, yəni bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi məqsədilə təşkil edilən praktiki imtahanda iştirak hüququ əldə edirlər. Hər iki mərhələdə uğur qazanan şəxslər yekunda müvafiq peşə sənədi əldə edirlər.

İmtahanlarda iştirak etmək istəyən şəxslərin nəzərinə çatdırılır ki, hazırda peşə ixtisasları üzrə qeydiyyat (https://tinyurl.com/53jmtf8z) davam edir. Vətəndaşlarımız ətraflı məlumat əldə etmək üçün müvafiq keçiddən istifadə edərək, həmin imtahanlar üzrə qeydiyyatdan keçə bilərlər.

Adıkeçən peşə ixtisasları üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi istiqamətində nəzəri və praktiki imtahanda uğur qazanan namizədlər müvafiq sənədlə təltif olunacaq.

Sözügedən fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının artırılmasına və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.

Agentlik tərəfindən təqdim edilən müvafiq sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən, ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur, sahibinə peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək və eləcə də peşə ixtisası üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
1
azertag.az

2Mənbələr