AzVision.az xəbər verir ki, Ermənistanın Elm, Təhsil, Mədəniyyət və İdman naziri Janna Andreasyan belə məlumat açıqlayıb.
“Proqrama 30-a yaxın məktəb cəlb olunub, lakin ölkədə bu sahədə mütəxəssislər olduğu üçün fars dili daha çox maraq doğurur. Bundan əlavə, üç məktəbdə gürcü dili tədris olunur”,- erməni nazir deyib.
Janna Andreasyan diqqətə çatdırıb ki, sorğunun nəticələrinə əsasən, təxminən 400 erməni məktəbi regional dillərdən birində tədris təklif etməyə hazır olduğunu bildirib.
Onların əksəriyyəti türk dilini seçib, lakin nazirlik müəllim çatışmazlığı ilə üzləşib.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta