AZ

DÇ-2027: Millimizin rəqibləri müəyyənləşdi

Qadın futbolçulardan ibarət milli komandalar arasında DÇ-2027-nin seçmə mərhələsinin püşkü atılıb.

Fanat.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil edilən püşkatmanın nəticəsinə görə C liqasında mübarizə aparacaq Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. 

Püşk zamanı ikinci səbətdə yer alan millimiz 3-cü qrupda Macarıstan, Şimali Makedoniya və Andorra yığmalarına rəqib olub.

DÇ-2027-nin seçmə mərhələsinə 2026-cı ilin fevralında start veriləcək.

Seçilən
12
19
fanat.az

10Mənbələr