BAKI, 4 noyabr. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Belarus Baş naziri Aleksandr Turçini qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə ikitərəfli ticari-iqtisadi və sənaye sahələrində əməkdaşlıq, eləcə də mədəni-humanitar inteqrasiyanın perspektivləri müzakirə olunub.