AZ

“Oğlumla fəxr edirəm” Şəhid İsrafil İbrahimovun atası FOTOLAR

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan artıq Zəfər Gününün 5-ci ildönümünü qeyd etməyə hazırlaşır.

Bu tarixi gün münasibətilə ölkənin müxtəlif bölgələrində tədbirlər, anım mərasimləri və bayram proqramları keçiriləcək.

2020-ci ildə qazanılan tarixi Qələbə xalqın yaddaşında silinməz iz qoyub və hər il böyük qürurla xatırlanır. Bu il də həmin tarixi günü anaraq Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edəcəyik. 

“Cebheinfo.az” bugünlərdə Zəfər yolunda canından keçən qəhrəmanlarımızın xatirəsini bir daha yad edir və onların göstərdiyi şücaəti oxucularına çatdırır.

Qəhrəman şəhidlərimizdən biri olan İsrafil İbrahimov 1997-ci il oktyabrın 16-da Bakı şəhərində anadan olub. Əslən Ağdam rayonundan idi. Onun əmisi — xanəndə, Azərbaycanın Xalq artisti Mənsum İbrahimovdur.

Azərbaycan Ordusunun kiçik çavuşu olan İsrafil İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsrafil İbrahimov oktyabrın 26-da Laçın döyüşləri zamanı Səfiyan istiqamətində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.

Şəhidimizin atası Zülfüqar İbrahimov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, həm oğluyla, həm də qazanılan parlaq qələbə ilə fəxr edir:

“Biz də fəxr edirik, qürur hissi keçiririk. Allah bütün şəhidlərimizin ruhunu şad etsin. Onlar bu Vətən üçün canlarından keçərək tarix yazdılar. Bu gün qazandığımız hər bir uğurda, bayrağımızın ucalığında onların payı var. Allah millətimizi, dövlətimizi, Ali Baş Komandanımızı və Ordumuzu qorusun”.

Gülər

“Cebheinfo.az”

Açar sözlər:

şəhid atası İsrafil İbrahimov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
1
cebheinfo.az

2Mənbələr