AZ

Məşhur məşqçi istefa verdi

İtaliyanın “Fiorentina” komandasının baş məşqçisi Stefano Pioli vəzifəsindən ayrılıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Buna kollektivin uğursuz çıxışı səbəb olub. Onu müvəqqəti olaraq gənclər komandasının baş məşqçisi Daniele Qaloppa əvəzləyəcək.

Florensiya təmsilçisi 60 yaşlı mütəxəssisin rəhbərliyi altında bu mövsüm A Seriyasında qələbə qazana bilməyib. “Fiorentina” 10 turdan sonra 4 xalla 20-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Stefano Pioli bu ilin yayından “Fiorentina”da işləyirdi.

Seçilən
36
3
veteninfo.az

4Mənbələr