AZ

Sabunçu Dəmiryol Vağzalında "Qara qızılın saldığı dəmir yollar" fotosərgisi 

ADY və “Balakhani Operating Company”nin təşkilatçılığı ilə “Qara qızılın saldığı dəmir yollar” fotosərgisi Sabunçu Dəmiryol Vağzalında davam edir.

Musavat.com xəbər verir ki, sərgi XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda neft və dəmir yolları arasında formalaşan qarşılıqlı əlaqəni əks etdirən nadir arxiv fotolarını təqdim edir.

Bu fotoların əksəriyyəti ilk dəfədir ki, təqdim edilir.

Fotolar noyabrın 12-dək Sabunçu Dəmiryol Vağzalında nümayiş olunacaq.

Seçilən
52
4
musavat.com

5Mənbələr