AZ

Nərimanovda motosikletçini və piyadaları təhlükəyə atan sürücü 90 XA 377 VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində kobud qayda pozan sürücü görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Kadrdan göründüyü kimi, 90-XA-377 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, o, hərəkətdə olan motosikleti nəzərə almadan onu ötərək keçib və bu zaman qəza şəraiti yaradıb. Bununla kifayətlənməyən sürücü ardınca keçiddən keçən piyadaları da görməzdən gələrək yoluna davam edib.

Qeyd edək ki, yol hərəkəti qaydalarına görə, eyni zolaqda avtomobil və motosikletin paralel hərəkətinə icazə verilmir. Bundan əlavə, sürücülər nizamlanmayan piyada keçidlərinə yaxınlaşarkən sürəti azaltmalı və piyadalara keçid üstünlüyü tanımalıdırlar. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
avtosfer.az

1Mənbələr