AZ

Nyu-Yorklular yeni mer seçirlər

Bu gün Nyu-York ştatında  mer seçkiləri keçirilir. Demokratların ilkin seçkilərinin qalibi Zöhran Mamdani, müstəqil namizəd kimi iştirak edən keçmiş Nyu-York qubernatoru Endryu Kuomo və respublikaçı Kertis Sliva səslər uğrunda mübarizə aparırlar.

İlkin seçkilərdə Kuomonu xeyli üstələyərək yarışda favorit olan 34 yaşlı demokrat Mamdani son sorğulara görə təxminən 12 faiz fərqlə liderlik edir. Respublikaçı Slivanın qalib gəlmək şansı minimal hesab olunur.

Nyu-York Şəhər Seçki Komissiyasının məlumatına görə, şəhərdə təxminən 5,1 milyon qeydiyyatdan keçmiş seçici var. Səsvermə yerli vaxtla səhər saat 6:00-dan axşam saat 21:00-dək keçiriləcək. 

Bazar günü başa çatan erkən səsvermə həftəsində rekord sayda - 735.000-dən çox Nyu-Yorklu səs verib. Seçki kampaniyası bəyanatlarında Mamdani Nyu-York şəhərində həyatın "çox bahalı və çox çətin" olduğunu vurğulayıb və mənzil və yaşayış xərclərinin azaldılmasını vurğulayıb. 

Fələstini dəstəkləməsi və İsrailin Qəzzada hərəkətlərini tənqid etməsi ilə tanınan Mamdani, seçiləcəyi təqdirdə Nyu-York şəhərinin ilk müsəlman meri olacaq.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
16
azerbaijan-news.az

1Mənbələr