BAKI, 4 noyabr. TELEQRAF
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron informasiya resurslarında dayanıqlığın və keyfiyyətin artırılması məqsədilə noyabrın 7-i saat 21:00-dan noyabrın 11-ə qədər profilaktik işlərin həyata keçirilməsi planlaşdırılır.
Bu barədə Teleqraf-a Əmlak Məsəslələri Dövlət Xidmətindən məlumat verilib.
"Bu səbəbdən göstərilən xidmətlərin və məlumat mübadilələrinin istifadəsində fasilələrin yaranması mümkündür."- deyə məlumatda bildirilir.