AZ

Britaniyanın ən varlı adamı vəfat edib

Böyük Britaniyanın ən varlı adamı, sahibkar Qopi Hinduja uzun sürən xəstəlikdən sonra 85 yaşında vəfat etdi.

Ucnoqta.az xəbər verir ki, bu barədə The Financial Times (FT) mənbələrə istinadən məlumat yayıb.

The Sunday Times qəzetinin məlumatına görə, hind sahibkarlarından ibarət Hinduja ailəsinin ümumi sərvəti 35,3 milyard funt sterlinq (təxminən 46,1 milyard dollar) olaraq qiymətləndirilir.
Onlar bankçılıq, daşınmaz əmlak, neft istehsalı, avtomobil istehsalı və əyləncə daxil olmaqla bir çox sektora investisiyaları olan konqlomerat olan Hinduja Qrupuna sahibdirlər.

Seçilən
18
ucnoqta.az

1Mənbələr