AZ

Onu müxalifətçi bilirdilər, amma FTX işçisi çıxdı KONKRET

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Polşada sığınacaq alan Açıq Rusiya hərəkatının keçmiş koordinatoru İqor Roqov FSB-də işlədiyini etiraf edib.

KONKRET.az xəbər verir ki, o, bildirib:

“Mən zövq aldığım işi görməli, Rusiya müxalifətçiləri arasında karyeramı inkişaf etdirməli, yeni insanlarla tanış olmalı və nəticədə Federal Təhlükəsizlik Xidmətinə hesabat verməli idim. Düşünürdüm ki, zərərdən daha çox xeyir verirəm”, – deyə Roqov müstəntiqlərə deyib.

O, əlavə edib ki, təzyiq altında hərəkət edib.

Polşa prokurorları Roqov və həyat yoldaşı İrinanı 2024-cü ilin dekabrında casusluqda ittiham ediblər. İttihamlar 2025-ci ilin oktyabrında məhkəməyə göndərilib.

Müstəntiqlərin sözlərinə görə, 2024-cü ilin iyul ayında İqor Roqov partlayıcı qurğular olan bağlamanın göndərilməsində və alınmasında iştirak edib. Bundan əlavə, müstəntiqlər onun FSB ilə əməkdaşlıq etdiyinə və Rusiya müxalifətçiləri haqqında məlumat topladığına inanırlar. Bu məlumat daha sonra həyat yoldaşı tərəfindən FSB-yə ötürülüb.

İqor Roqov Açıq Rusiyanın koordinatoru idi və Ukrayna ilə tammiqyaslı müharibənin başlamasından sonra Polşada siyasi sığınacaq alıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
1
konkret.az

2Mənbələr