AZ

Özbəkistan hökuməti narkotik cinayətlərinə qarşı mübarizəni sərtləşdirir

BAKI, 4 noyabr. TELEQRAF

Özbəkistan hakimiyyəti 2025-2026-cı illər üçün narkotik cinayətlərinə qarşı mübarizə üzrə milli proqram qəbul edib.

Teleqraf xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə keçirilən hökumət müşavirəsində ilin əvvəlindən respublikada 11 mindən çox narkotik cinayətinin aşkarlandığı bildirilib.

Bundan başqa, son 10 ayda 2,5 min tona yaxın narkotik vasitə müsadirə edilib.

“Ona görə də milli qanunvericiliyə bu cür təhlükələrin qarşısının alınması və onlara qarşı ciddi mübarizəyə yönəlmiş normaların daxil edilməsinin vaxtı çatıb”, - Şavkat Mirziyoyev deyib.

Prezident müşavirədə narkotik vasitələrin qanunsuz dövriyyəsinin məhdudlaşdırılması, cəzaların sərtləşdirilməsi və bu çərçivədə digər məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.

İclasın yekunu olaraq 2025-2026-cı illər üçün narkotik cinayətlərinə qarşı mübarizə üzrə milli proqram qəbul edilib.

Seçilən
7
teleqraf.com

1Mənbələr