AZ

Günəşdə güclü partlayış baş verib

Ajans.az xəbər verir ki,bu barədə məlumatı Tətbiqi Geofizika İnstitutu TASS agentliyinə verib. İnstitutdan bildirilib ki, partlayış Moskva vaxtı ilə saat 04:48-də (Bakı vaxtı ilə 05:48-də) Günəşin N22E72 koordinatında yerləşən 4274 nömrəli ləkə qrupunda müşahidə olunub və təxminən 25 dəqiqə davam edib. Xatırladaq ki, günəş partlayışları rentgen şüalanmasının intensivliyinə görə A, B, C, M və X olmaqla beş sinifə bölünür. A sinfi ən zəif, X sinfi isə ən güclü partlayışları ifadə edir. Hər növbəti sinifdə şüalanmanın intensivliyi on dəfə artır. Günəş partlayışları zamanı yaranan plazma buludları Yerə çatdıqda maqnit fırtınalarına və rabitə pozuntularına səbəb ola bilər.

 

Seçilən
66
Ajans.az

1Mənbələr