AZ

ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyni vəfat edib

ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyni 84 yaşında vəfat edib.

AzPost bildirir ki, bu barədə  CNN xəbər yayıb.

Çeyni 2001-ci ildən 2009-cu ilə qədər Corc Buşun dövründə vitse-prezident, 1989-cu ildən 1993-cü ilə qədər Corc Buşun (Ata) dövründə isə Müdafiə naziri vəzifəsində çalışıb.

Dik Çeyni müasir dövrün ən nüfuzlu vitse-prezidenti adlandırılıb. O, respublikaçı olsa da son illərdə Donald Trampı sərt tənqid etdiyi üçün partiya daxilində populyarlıq qazanmayıb. Son prezident seçkilərində Çeyni Demokratların namizədi Kamala Harrisi dəstəkləyib.

AzPost.az

Seçilən
24
azpost.info

1Mənbələr