AZ

“Televiziya verilişlərində dilin normalarını sıradan çıxarıblar” - Akademik

“Nəzərdə tutulan məişət üslubu adi danışıq üslubudur. Bu üslub günədlik olaraq danışıqda istifadə etdiyimiz üslubdur. Ədəbi dilin də iki forması var. Yazılı və şifahi. Şifahi forması əsasən adi danışıq nitqinə aiddir. Yazılı ədəbi dildə isə müəyyən normalar gözlənilir. Ümumi baxdıqda məişət üslubunda normalar pozula bilir”.

Bu sözləri “Yeni Sabah”a filologiya elmləri doktoru, professor Möhsün Nağısoylu deyib.

O, AMEA-nın 80 illik yubileyində Prezident İlham Əliyevin Azərbycan dilinin saflığını qoruma ilə bağlı fikirlərinə rəy bildirib:  Marqarita pizza

“Prezident tamamilə haqlıdır. Bu gün televiziya verilişlərində dilin normalarını tamamilə sıradan çıxarıblar. Məişət üslubunun da öz çərçivələri var. Hazırda efirlərdə daha çox müəyyən bölgələrə aid ifadələrdən istifadə olunur. Bununla yanaşı, efirlərdə orfoqrafik normalar da kobud şəkildə pozulur. Bütün bu prosesləri qaydaya salmaq vacibdir.

Ölkə başçısının da qeyd etdiyi kimi, ədəbi dilin normalarına riayət etmək hamının borcudur. Bununla yanaşı, dilin saflığını qorumaq da hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Dünən də aydın oldu ki, Azərbaycan dili məsələsi Prezidentin hər zaman diqqət mərkəzindədir. Bu barədə bir çox sərəncam da imzalanıb. Əfsus ki, hər kəs bu normalara riayyət etmir”.

Akademik vurğulayıb ki, dil bir xalqın varlığı, kimliyi, eyni zamanda, onun əsas milli-mənəvi sərvətidir:

“Dilə daxil edilən xarici kəlimələrlə bağlı Prezident AMEA-nın 70 illiyində də danışmışdı. Bu, hər bir insanın özündən asılı olan bir məsələdir. Bu kəlimələri dilə daxil etmək də, çıxarmaq da insanın özünə bağlıdır. Çalışmalıyıq ki, dilin daxili imkanları hesabına yeni sözlər yaradaq.

Əcnəbi sözləri kor-koranə ilə daxil etməyə ehtiyac yoxdur. İnsan üçün yeni sözləri qəbul etmək bir qədər çətin prosesdir. Bununla bağlı maarifləndirmə tədbirləri görülməlidir. Akademiklər bu mövzularda televiziya proqramlarında çıxış etməlidirlər. Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, onun dili zəngindir və istənilən anlayışı ifadə etməyə qadirdir”.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
31
yenisabah.az

1Mənbələr