AZ

Paşinyandan Rusiya və İrana vacib MESAJ

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə Tramp marşrutu barədə danışıb.

O, Ermənistan və ABŞ arasında Azərbaycanı Naxçıvanla birləşdirəcək yeni dəmir yolunun tikintisi ilə bağlı aktiv danışıqlar aparıldığını deyib:

“Hazırda amerikalı tərəfdaşlarımızla Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yolunun inşasını müzakirə edirik. Niyə məhz ABŞ ilə? Çünki ABŞ Beynəlxalq sülh və rifah üçün “Tramp marşrutu” (TRIPP) layihəsinin tərkib hissəsidir”.

“Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov “Cebheinfo.az”-a açıqlamasında deyib ki, Paşinyan bu sözlərlə Rusiya və İrana mesaj verir:

“İrəvana TRIPP layihəsi üçün maliyyə dəstəyi lazımdır. Vaşinqtonla müzakirələrin əsas səbəbi orada xərclənək logistika maliyyəsini ABŞ şirkətləri öz üzərlərinə götürməsidir. Böyük ehtimalla, layihənin maliyyəsi elə amerikan şirkətləri tərəfindən qarşılanacaq.

Bundan başqa, Paşinyana Rusiyadan ciddi təzyiqlər olduğu da görünür. O, Rusiya və İrandan gələn təzyiqlərin qarşısında yalnız ABŞ-nin dəstəyi ilə dayana biləcəyini düşünür”.

Ekspert qeyd edib ki, Paşinyan Rusiyanın Zəngəruz dəhlizində iştirakına qarşıdır:

“Rusiya son zamanlarda hansısa formada Zəngəzur dəhlizində iştirak etmək istəyir. Lakin Ermənistanın belə Rusiyanın bu layihəyə qatılmasına imkan verəcəyini düşünmürəm. 

Çünki Paşinyan hər fürsətdə 8 avqust anlaşmasını qabartmaqla Rusiyanı TRIPP layihəsində görmək istəmədiyini ifadə edir. O, bu layihədə üçüncü tərəf kimi sadəcə ABŞ-nin olmasını istəyir”.

Elmir Mustafa

“Cebheinfo.az”

Açar sözlər:

Paşinyan Rusiya ABŞ

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
cebheinfo.az

2Mənbələr