AZ

Elm, Siyasət, İdeologiya – Prezident İlham Əliyevin strateji baxışı

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)80 illik yubileyində etdiyi çıxış həm elmi, həm siyasi, həm dəmilli ideoloji baxımdan çoxşaxəli, strateji və dərin məzmunlu birnitqdir.

Bunu Trend-əpolitoloq Azər Qarayev deyib.

Onun sözlərinə görə, bu çıxışda dövlət başçısı həm Azərbaycanelminin tarixi inkişaf yolunu dəyərləndirmiş, həm də gələcəkistiqamətləri müəyyən etmişdir.

"Prezident İlham Əliyevin çıxışı bütövlükdə Azərbaycan elmininkeçdiyi tarixi mərhələlərin təhlilinə, Heydər Əliyev irsinin buinkişafdakı əhəmiyyətinə, müasir dövrdə elmin, texnologiyanın, süniintellektin, kibertəhlükəsizliyin, hərbi sənayenin, enerjisektorunun, tarix və dilin qorunmasının prioritet istiqamətlər kimimüəyyənləşdirilməsinə həsr olunmuşdur. Azərbaycan alimləri bu gündə ölkənin uğurlu inkişafına öz töhfələrini verməkdə davam edirlər,gələcəkdə isə bu fəaliyyət daha da genişlənəcək. Bu fikirlərdövlətin elmə davamlı dəstəyini və intellektual kapitalın stratejiəhəmiyyətini vurğulayır."

Politoloq qeyd edib ki, Prezident İlham Əliyev çıxışının mühümhissəsini Ulu Öndər Heydər Əliyevin elmin inkişafındakı roluna həsretdi.

"Heydər Əliyev hələ ötən əsrin 70-ci illərində akademiyanınfəaliyyətinin təkmilləşməsi, yeni elmi-tədqiqat institutlarınınyaradılması və elmin maliyyələşməsinin artırılması istiqamətindəmühüm addımlar atmışdı. Onun təşəbbüsü ilə minlərlə azərbaycanlıgənc Sovet İttifaqının aparıcı ali məktəblərində təhsil almış, buda ölkənin intellektual potensialının güclənməsinə xidmət etmişdir.Bu siyasət bu gün də uğurla davam etdirilir — on minlərləazərbaycanlı gənc dünyanın aparıcı universitetlərində təhsil alırvə vətənə qayıdaraq onun inkişafına xidmət edir. Heydər Əliyeviniradəsi və xalqına olan sədaqəti Azərbaycanı 1990-cı illərinfaciəvi böhranından xilas etdi. O çətin dövrlərdə belə, AMEA-nınqorunmasına və alimlərin fəaliyyətinə vəsait ayrılmasına xüsusidiqqət yetirirdi. Prezident İlham Əliyev qeyd etdi ki, sononillikdə elmin maliyyələşməsi iki dəfədən çox artmış, elmiinfrastruktur yenilənmiş, Elmi Fondu yaradılmış, “Elm haqqında”Qanun və Elmin İnkişafı üzrə Dövlət Proqramı qəbul edilmişdir.AMEA-nın binaları təmir edilmiş, Milli Ensiklopediya və ElmiKitabxana üçün yeni binalar tikilib. Bütün bu işlər Heydər Əliyevsiyasətinin davamı kimi həyata keçirilmiş və elmin inkişafıdövlətin uzunmüddətli strategiyasına çevrilib."

A. Qarayev bildirib ki, Azərbaycanın 2020-ci ildə əldə etdiyiQələbə dünyada analoqu olmayan bir hadisədir. Ölkə artıq bütünsuveren torpaqlarına sahibdir, işğalçı və xarici hərbi qüvvələrdəntam azaddır.

"Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, bu gün texnolojiinkişaf ölkənin əsas prioritetidir. Ölkənin təhlükəsizliyi vədayanıqlı inkişafı texnoloji imkanlardan asılıdır. Bu baxımdanalimlərin rolu xüsusilə önəmlidir. Dövlət başçısı vurğuladı ki,tükənməz sərvət intellektual potensialdır, lakin bu potensialyalnız sərmayə qoyulduğu halda dəyər qazanır. Buna görə dövlətelmin və texnologiyanın inkişafına investisiya yatırmalı, alimlərisə bu imkanlardan maksimum istifadə etməlidirlər."

Politoloqun sözlərinə görə, dövlət başçısı ilk dəfə olaraq busəviyyədə süni intellektin (AI) əhəmiyyətindən danışaraq bildirdiki, artıq bu, ölkələrin gələcək inkişafının ayrılmazhissəsidir.

"Azərbaycan bu sahədə geri qalmamalı, dövlət və alimlər birgəfəaliyyət göstərməlidirlər. Rəqəmsallaşma və kibertəhlükəsizliksahəsində aparılan islahatlar da məhz bu strateji məqsədə xidmətedir. Prezident İlham Əliyev Kibertəhlükəsizlik Mərkəzininyaradılmasını vaxtında atılmış addım kimi dəyərləndirdi və alimləribu sahəyə də cəlb etdi. Bundan başqa Azərbaycan artıq bir çoxölkələrə hərbi təyinatlı məhsul ixrac edir və bu sahəyə özəlsektorun da cəlb edilməsi prosesi başlanmasına diqqət çəkilib.Ölkədə pilotsuz uçuş aparatlarının istehsalı həyata keçirilir."

A. Qarayev qeyd edib ki, dövlət başçısı iqtisadi sahədə əldəedilən nailiyyətlərdən danışaraq vurğuladı ki, Azərbaycanın aparıcıqüvvəsi artıq qeyri-neft sektorudur.

"Valyuta ehtiyatları 80 milyard dollardan artıqdır, xarici borcümumi daxili məhsulun cəmi 6 faizindən bir qədər çoxdur. Bu,Azərbaycanın iqtisadi müstəqilliyini təmin edən mühüm göstəricidir.Azad edilmiş ərazilərdə Qarabağ və Şərqi Zəngəzurda geniş bərpa vəenerji layihələri həyata keçirilir. 30-dan çox su elektrikstansiyası inşa edilib, günəş və külək stansiyalarının generasiyagücü 2030-cu ilə qədər 6 min meqavata çatacaq. Bu, Azərbaycanın“yaşıl enerji” strategiyasının əsas sütunudur."

Politoloq vurğulayıb ki, Prezident İlham Əliyev çıxışında tarixiədalətin bərpası və Azərbaycanlıların indiki Ermənistana qayıdışıməsələsinə toxunaraq bildirdi ki, bu, ədalətli və təbiiprosesdir.

"Dövlət başçısı Çar Rusiyasının xəritələrinə istinad edərək qeydetdi ki, indiki Ermənistan ərazisindəki toponimlərin mütləqəksəriyyəti Azərbaycan mənşəlidir. Bu faktların elmi şəkildəaraşdırılması və dünya ictimaiyyətinə təqdim edilməsi Azərbaycantarixinin saxtalaşdırılmasının qarşısını almağa xidmət etməlidir.Prezident alimlərə çağırış etdi ki, Azərbaycan tarixi ilə bağlıdaha çox elmi əsər, xəritə, sərgi və təqdimatlar hazırlasınlar.Azərbaycan dilinin saflığı məsələsinə toxunaraq bildirdi ki, dilmillətin əsas kimlik rəmzidir. Prezident çıxışını Zəfər bayramınınbeşinci ildönümü münasibətilə yekunlaşdıraraq bildirdi ki, bir neçəgün sonra Azadlıq Meydanında keçiriləcək hərbi parad Azərbaycanxalqının qürur və birliyinin simvolu olacaq. O qeyd etdi ki,Azərbaycan xalqı bu şanlı Qələbə ilə əbədi fəxr edəcək, bu Zəfərdövlətin gücünü, ordunun qüdrətini və xalqın birliyini əksetdirir."

Seçilən
25
az.trend.az

1Mənbələr