AZ

Belarus ərazisindən keçən yük maşınlarının hərəkətini məhdudlaşdırdı

Avropada qeydiyyatdan keçmiş yük maşınlarının Belarus ərazisindən hərəkəti 2027-ci ilin sonuna qədər məhdudlaşdırılacaq.

Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, müvafiq qərar Belarus Nazirlər Kabineti tərəfindən qəbul edilib.

Qətnamədə deyilir: "Belarus Respublikası ərazisindən Aİ-yə üzv dövlətlərdə qeydiyyatdan keçmiş yük maşınlarının və traktorların, Polşa və Litvada qeydiyyatdan keçmiş qoşqu və yarımqoşquların hərəkəti üçün istifadəsinə qadağa qoyulsun".

Məhdudiyyətlər Polşa və ya Litvada qeydiyyatdan keçməmiş və daşınan malların boşaldılması məntəqəsinə və geri qayıtması üçün ciddi şəkildə müəyyən edilmiş marşrut üzrə hərəkət edən yük maşınlarına şamil edilmir. Polşa və Litva nəqliyyat vasitələri müvafiq olaraq Belarus-Polşa və ya Belarus-Litva sərhədindən keçməlidir və səyahət icazəsinə malik olmalıdır.

Sənəddə həmçinin məhdudiyyətlərdən azad olan malların siyahısı da müəyyən edilib: humanitar yardım, dərmanlar, poçt və digərləri.

QAZİLER.AZ

Seçilən
60
qaziler.az

1Mənbələr