AZ

Əliyevin “Göyçə gölü” sözü erməni deputatı “yandırdı”: “Artsax…”

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda dediyi “Xəritələrdə Sevan gölü yoxdur, Göyçə gölüdür” fikri revanşist erməniləri özündən çıxardıb.

NOCOMMET.az xəbər verir ki, ən çox özündən çıxan Ermənistan parlamentinin deputatı Qeqam Manukyan olub. O, mənbəsi gerçəkliyə uygun olmayan , harada çap olunduğu göstərilməyən (bəlkə də Ermənistanda çap olunub) saxta bir xəritəni öz sosial şəbəkə hesabında paylaşaraq qəzəbini ifadə edib:” Bu gün Əliyevin vəkili kimi çıxış edərək Sevan adının çar Rusiyasının xəritələrində olmadığını təkid edənə inanalar savadsızdırlar.

Məsələn, 1828-ci ilin xəritəsinə heç kim baxmadı? Burada təkcə Sevan yox, Artsax da var.

Bəlkə gələcəkdə bunu kitab şəkilində hamıya tanıtdım. Amma ümid etmirəm ki, bəziləri bunu başa düşsün. Daha doğrusu, anlamaq istəməyəcək”.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevin “Sevan gölü”nün Göyçə gölü olduğu haqda fikirlərinə haqq qazandırıb və günahın Ermənistanda olduğuna işarə etmişdi:” Azərbaycan Prezidenti bəyan edib ki, Çar Rusiyasının xəritələrinə baxsaq, orada “Sevan” adı yoxdur. Əvvəlcə Əliyevin nə dediyinə baxmaq lazımdır. O, Sevanı Göyçə adlandırmır, deyir ki, Çar Rusiyasının xəritələrində Sevan adı yoxdur.

Azərbaycan tərəfi Ermənistan parlamentində niyə “Dağlıq Qarabağın bayraqlarının” asıldığını soruşur və bildirirlər ki, əgər belədirsə, biz də Sevana Göyçə deyəcəyik”.

Əntiqə Rəşid

 

 

Seçilən
19
nocomment.az

1Mənbələr