AZ

Rusiya ordusu Donetsk və Xarkovda irəliləyir

BAKI, 4 noyabr. TELEQRAF

Rusiya hərbi qüvvələri Ukraynanın Donetsk və Xarkov vilayətlərində bir neçə yaşayış məntəqəsi ətrafında irəliləyib.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq missiyası məlumat yayıb.

Məlumata görə, Rusiya ordusu Donetsk vilayətində Karpivka və Kozatske kəndləri yaxınlığında, eləcə də Pokrovsk şəhəri ərzisində irəliləyib.

Həmçinin, “DeepState” Rusiay qüvvələrinin son sutka ərzində Xarkov vilayətinin Borivska Andrivka kəndi yaxınlığında irəliləməsi barədə məlumat verib.

Seçilən
22
2
teleqraf.com

3Mənbələr