ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Azərbaycanda əmək haqqından tutulan vergi 2028-ci ildə fikslənəcək.
Maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı qeyd edib ki, gələn ildən 2500-manata qədər olan əməkhaqqından 3 faiz vergi tutulacaq.
Nazirin sözlərinə görə, 2026-cı ildə 2500 manata qədər olan əməkhaqqılarına vergi dərəcəsi 3%, 2027-ci ildə 5%, 2028-ci ildə 7%-lə fikslənəcək. Beləliklə, Azərbaycanda daimi gəlir vergisi 2500 manta qədər 7 %, 8000 manatadək 10 %, 8000 manatdan yuxarı isə 14% olaraq müəyyən olunacaq.
S.Babayev əlavə edib ki, əməkhaqqı gəlirləri ilə bağlı tətbiq olunan güzəştin müddəti 2026-ci ildə bitir.
“Hökumət tərəfindən müvafiq addımlar atılmasaydı, 14 və 25%-lik rəqəmlər qüvvəyə minəcəkdi. Lakin hökumətin variantı olaraq, çox ciddi güzəşt yenidən irəli sürüldü”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.