AZ

Çin Azərbaycana satdığı bu avtobusları uzaqdan idarə edib məlumatları oğurlaya bilər – ŞOK DETALLAR- FOTO

Osloda Çin istehsalı olan elektrobusun sınağı zamanı maraqlı fakt ortaya çıxıb. Avtosfer.az “Aftenposten” jurnalına istinadla xəbər verir ki, şəhərin ictimai nəqliyyatını idarə edən Ruter şirkəti yayda Çinin “Yutong” və Niderlandın VDL markalı elektrikli avtobuslarını test edib. Dağlıq ərazidə aparılan sınağın məqsədi texnikanın elektromaqnit səviyyəsini ölçmək olsa da, ortaya başqa fakt çıxıb.

Şirkətin nümayəndəsi Bernt Jensen deyib: “Biz aşkar etdik ki, İnetrnetə qoşulan hər şey təhlükəlidir. İstehsalçının avtobusa arzuolunmaz müdaxiləsi, idarəetməni ələ keçirməsi, nüfuz etməsi və dəyərlər zəncirinə daxil olması riski mövcuddur”.

Qeyd edək ki, dəyər zənciri dedikdə daşınan sərnişin sayı və ödənişlər nəzərdə tutulur.

Norveçli ekspertlərin qənaətinə görə, elektrobusda quraşdırılmış Sim kartlı idarəetmə bloku zəif nöqtədir. Çinli istehsalçı bunun vasitəsilə təkcə proqram təminatını yeniləmir. O həm də avtobusu məsafədən söndürə (deaktiv edə) bilər. Belə bir funksiya Niderland istehsalı olan elektrobusda yoxdur.

Riski azaltmaq üçün avtobusdakı kameralar internetə qoşulmayıb.

Ruter şirkəti sınağın nəticələri ilə bağlı təhlükəsizlik orqanlarını məlumatlandırıb. Həmçinin, avtobuslara kənardan müdaxilənin məhdudlaşçdırılması üçün xüsusi proqram təminatının hazırlanması üzərində iş gedir. 

Hazırda Osloda Çin istehsalı olan 300 elektrobus istismar olunur. “Yutong” şirkəti isə jurnalistlərin suallarına cavab vermir. 
Bakıda da “Yutong” şirkətinin avtobusları getdikcə kütləviləşir. Məlumata görə, Çinin “Yutong Bus Co. LTD” şirkəti ilə əməkdaşlıq çərçivəsində müəyyən qədər istismar edilmiş “Yutong” markalı elektrik mühərrikli avtobus Özbəkistandan Bakıya gətirilib və yenidən istismara verilib.
Bəs bu avtobuslar kənara informasiya ötürə bilərmi? Bir faktı xatırlatmaq istərdim.

Ukrayna müharibəsinin ilk vaxtlarında Kiyev-Minsk xətti ilə işləyən avtobusda quraşdırılmış kamera ilə yol boyu həm də Belarus ordusunun hərəkəti izlənirdi. Avtobus hərəkət etdikcə   məlumat real vaxt rejimində Ukrayna kəşfiyyatına ötürülürdü. Məsələnin üstünü Belarus xüsusi xidmət orqanları təsadüf nəticəsində açıb: sürücü hərbi kolonun hərəkətini sosial şəbəkədə yerləşdirdikdən sonra onun Ukrayna kəşfiyyatına işlədiyi aşkara çıxıb.

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
Seçilən
34
1
avtosfer.az

2Mənbələr