AZ

Əliyevin Rusiyaya çətin vəziyyətdə Qarabağ təklifi Moskvanın cavabı...

ain.az, GlobalInfo saytına istinadən bildirir.

“1993-cü ildə Heydər Əliyev Moskvaya da səfər edib və Yeltsinlə görüşdü”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Həsən Həsənov İctimai TV-də yayımlanan “Təmas Xətti”ndə deyib.

“Heydər Əliyev gələnə qədər Moskva Azərbaycana qarşı düşmən mövqedə idi. Bunun bir neçə səbəbi var idi: Birincisi, Rusiya ilə Ermənistan arasında strateji tərəfdaşlıq sazişi mövcud idi. Sazişdə açıq yazılmışdı ki, Rusiya Ermənistanı bütün məsələlərdə dəstəkləyir və silahla təmin edir. Üstəlik, Rusiya qoşunları Azərbaycandan çıxarılmışdı, amma Ermənistanda qalmaqda davam edir.

O dövrdə Azərbaycanda isə daxili və xarici siyasət daha çox lokal, emosional xarakter daşıyırdı – söhbət Əbülfəz Elçibəyin siyasətindən gedir. Bu, Rusiyanı qıcıqlandırırdı.

Heydər Əliyev Moskvaya gedəndə bir formula ilə getdi: Moskvanın Azərbaycana münasibətini dəyişdirmək. O zaman neft problemi aktual idi və həll olunmamış qalmışdı. Heydər Əliyev açıq bildirdi ki, əsas problemimiz Qarabağdır və bu məsələdə kim bizi dəstəkləsə, onunla əməkdaşlıq edəcəyik.

Rusiyanın baş naziri isə bildirdi ki, “Nefti verirsinizsə, verin, Qarabağ məsələsinə qarışmırıq.” Bu səfərin əsas qazancı isə düşmənçilik niyyətimizin olmadığı mesajının verilməsi və aradakı konflikti həll etmək üçün yol axtarılması oldu”, – H.Həsənov vurğulayıb.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
1
globalinfo.az

2Mənbələr