"Fiorentina" klubu baş məşqçi Stefano Pioli ilə yolların ayrıldığını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

S. Pioli bu ilin yayından Florensiya təmsilçisinə başçılıq edirdi.

"Bənövşəyilər" onun rəhbərliyi altında A Seriyasında 10 oyuna çıxıb və bir qələbə belə qazana bilməyib.

Onlar hazırda 4 xalla sonuncu yerdədir.

Təcrübəli mütəxəssisi müvəqqəti olaraq Daniele Qalloppa əvəz edəcək.