AZ

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Bu ilin oktyabr ayında Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları sentyabr ayına nisbətdə 0,5 faiz artaraq 11 368,3 milyon ABŞ dollar təşkil edib.

AMB-nin hesabatına əsasən, cari ilin əvvəlindən bu göstərici üzrə 3,7 faiz artım qeydə alınıb.

Qeyd edək ki, 2024-cü ilin dekabr ayının sonuna Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 10 959,5 milyon dollar təşkil edib.

Seçilən
33
vergiler.az

1Mənbələr