AZ

Azərbaycan və Əlcəzair XİN başçıları görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Əlcəzairin xarici işlər və xaricdə yaşayan milli icma naziri Əhməd Attaf arasında təkbətək görüş başa çatıb.

Aktual.az xəbər verir ki, bu barədə nazirlik X sosial media hesabında məlumat yayıb.

Daha sonra tərəflər arasında geniş tərkibli görüş keçirilib.

Görüş zamanı tərəflər siyasi dialoq, enerji, ticarət, investisiyalar, təhsil və mədəniyyət də daxil olmaqla bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi üzrə fikir mübadiləsi aparıblar. Həmçinin yeni əməkdaşlıq imkanlarının araşdırılmasına qarşılıqlı maraqlarını vurğulayıblar.

Xüsusi diqqət Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı da daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində koordinasiyanın gücləndirilməsinə yönəldilib. Bu, ortaq prinsiplərə və qarşılıqlı dəstəyə əsaslanıb.

Hər iki nazir Azərbaycan-Əlcəzair tərəfdaşlığının daha da dərinləşdirilməsi, eləcə də bölgələrdə və beynəlxalq miqyasda sülh, inkişaf və rifahın artırılmasına töhfə vermək əzmində olduqlarını ifadə ediblər.

Seçilən
76
ulusum.az

1Mənbələr