“Fənərbağça” “Atletiko”nun hücumçusu Sörlota maraq göstərir.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu qış transfer pəncərəsi öncəsi təcrübəli hücumçu axtarışına başlayıb.
“Fənərbağça”nın əsas hədəfi norveçli forvard Aleksandr Sörlotdur.
Türkiyə təmsilçisi 28 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmaq niyyətindədir.