AZ

Terroru mailiyyələşdirməkdə təqsirləndirilən Namiq Nəbiyev HAKİM QARŞISINDA

ain.az bildirir, Lent az portalına istinadən.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terroru mailiyyələşdirməkdə təqsirləndirilən Namiq Nəbiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az xəbər verir ki, müdafiə tərəfi işin məhkəmə baxışına verilib araşdırılması ilə bağlı vəsatət verib.

Qısa müşavirədən sonra məhkəmə tərkibi işin məhkəmə baxışına verilməsi barədə qərar verib.

Növbəti məhkəmə 18 noyabra təyin edilib.

Xatırladaq  ki, DTX-də başlanan cinayət işi üzrə Namiq Nəbiyevə Cinayət Məcəlləsinin 167-3.1 (dini ekstremist materialları saxlama) və 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddələri ilə ittiham verilib.

Cəzaların qismən toplanılması ilə Namiq Nəbiyev 10 ildən 14 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Fərqanə Novruzova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
lent.az

1Mənbələr