AZ

40 metrlik dərəyə yıxılan 77 yaşlı kişi SAĞ QALDI – Üç gün şərabla QİDALANDI

77 yaşlı fransız 40 metrlik dərəyə yıxılıb və üç gün şərabla dolanaraq sağ qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

Fransada 77 yaşlı kişi mağazadan aldığı içkilərlə evə velosipedlə qayıdarkən döngəni buraxıb və 40 metrlik yamacdan aşıb.

O, dərədən çıxa bilmədiyi üçün kömək istəsə də, səsini heç kim eşitməyib. Üç gün sonra onu çayın kənarında tapıblar.

Həkimlər bildiriblər ki, kişi hadisədən yalnız yüngül xəsarətlə və soyuqlama ilə xilas olub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
25
interpress.az

1Mənbələr