AZ

Yeni döyüş təyyarələri ölkədə problemlər YARADIB

Yazını böyüt
Yazını kiçilt

ABŞ-dən "F-35" qırıcı təyyarələrinin alınması Belçikada ciddi qalmaqal yaradıb.

Hafta.az xəbər verir ki, Belçika "F-16" qırıcılarını əvəz etmək üçün Amerikadan 5.6 milyard avro dəyərində 34 ədəd "F-35" döyüş təyyarələri sifariş edib. Qırıcılardan üçü oktyabrın 13-də Belçikaya gətirilib, dördüncüsü isə texniki problemlərə əlaqədar Azor adalarında qalıb.

"F-35"lər Belçikaya çatdıqdan sonra sözügedən Avropa ölkəsinin müdafiə naziri Teo Franken yaşanacaq problemləri qabardıb. Onun sözlərinə görə, bu cür təyyarələr üçün ölkənin hava məkanı təlim uçuşları keçirmək üçün çox kiçikdir. Nazir buna görə də Fransa, İtaliya və Niderland hava məkanlarından istifadəyə dair danışıqlar aparmaq lazım olduğunu bildirib.

Başqa bir problem yeni təyyarələrdən gələn səs-küylə bağlıdır. Belçika Müdafiə Nazirliyi aviabazaların yaxınlığında yerləşən sakinlərə "F-35"lərin "F-16"lardan təxminən iki dəfə güclü səs çıxardığını izah edən broşürlər paylamağa başlayıb.

O da məlum olub ki, "F-35"in bir saatlıq uçuşunun qiyməti təxminən 50 min avro təşkil edir. Belçikanın bu qədər yüksək xərclərlə qırıcı təyyarələrin uçuşlarını ciddi şəkildə tənzimləməyə məcbur olacağı da vurğulanır. /"20minutes"/

Seçilən
40
hafta.az

1Mənbələr