AZ

Azərbaycanda şirkətlər qrupunun gəlirləri kəskin düşüb, mənfəət 4 dəfə azalıb

“Retems Group” MMC 2024-cü ili 488 min manat xalis mənfəətlə başa vurub. Bu, 2023-cü ilin 2 milyon 43 min manatlıq mənfəəti ilə müqayisədə 4,2 dəfə azdır. Mənfəətin azalmasına əsas səbəb satış gəlirlərinin 52%-dən çox azalması olub.

Banker.az bunu şirkətin illik maliyyə hesabatına istinadən xəbər verir.

Belə ki, şirkətin satış gəlirləri 2023-cü ildəki 34,2 milyon manatdan 2024-cü ildə 16,2 milyon manata enib. Bununla yanaşı, logistika xərcləri 29,6 milyon manatdan 13,4 milyon manata düşsə də, gəlirlərdəki azalma nəticəsində əməliyyat mənfəəti 2,8 milyon manatdan 860 min manata geriləyib.

Vergilər və faiz xərcləri çıxıldıqdan sonra “Retems Group”un xalis mənfəəti 2024-cü ildə 488 min manat təşkil edib.

Şirkətin cəmi aktivləri də az artsa da, sabit qalıb — 2023-cü ildə 11,3 milyon manat olan aktivlər 2024-cü ilin sonuna 12,6 milyon manata yüksəlib. Cari aktivlər 8,7 milyon manatdan 10 milyon manata artıb.

Cəmi öhdəliklər 4,7 milyon manatdan 6,3 milyon manata yüksəlib, yəni 1,6 milyon manat və ya 34% artım qeydə alınıb.

Nizamnamə kapitalı əvvəlki kimi 450 min manat səviyyəsində qalıb, bölüşdürülməmiş mənfəət isə 6,2 milyon manata çatıb.

Pul axını baxımından, şirkət əməliyyat fəaliyyətindən 1,4 milyon manat xalis pul vəsaiti əldə edib (ötən il 4,6 milyon manat idi). Lakin investisiya fəaliyyəti üzrə xalis pul hərəkəti sıfır olub, maliyyələşmə fəaliyyətindən isə 901 min manat çıxış qeydə alınıb. Nəticədə, dövrün sonunda şirkətin pul vəsaitləri 2,8 milyon manatdan 3,3 milyon manata yüksəlib.

Şirkət qida məhsullarının idxalı və paylanması, kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı, tekstil, logistika və nəqliyyat, tikinti və sənaye layihələri, eləcə də neft və neft-qaz sektoru üçün avadanlıq ticarəti kimi sahələrdə fəaliyyət göstərir.

Seçilən
0
banker.az

1Mənbələr