AZ

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yeni laboratoriya istifadəyə verilib

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Qəbələ, 4 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq edən “Job in Global” MMC şirkətinin dəstəyi ilə Mərkəzdə müasir tələblərə cavab verən İnformasiya texnologiyaları laboratoriyası istifadəyə verilib.

Peşə Təhsil Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, laboratoriyanın yaradılmasında məqsəd tələbələrin veb dizayn, proqram təminatı, kompüter şəbəkələri və texniki xidmət sahəsində bilik və bacarıqlarını praktik şəkildə inkişaf etdirmək və onları əmək bazarının real tələblərinə uyğun hazırlamaqdır.

Layihə çərçivəsində “Job in Global” MMC-nin təsisçisi Ceyhun Sabirli tərəfindən laboratoriyanın texniki bazasının formalaşdırılması üçün kompüter avadanlıqları ianə olunub.

Laboratoriyanın açılışı zamanı Mərkəzin direktoru Qalib Nəbiyev əməkdaş müəssisələrin, xüsusilə “Job in Global” MMC-nin göstərdiyi dəstəyin peşə təhsilinin inkişafında mühüm rol oynadığını qeyd edib. Bildirilib ki, bu cür tərəfdaşlıqlar tələbələrin praktiki vərdişlərinin güclənməsinə, məşğulluq imkanlarının genişlənməsinə və Mərkəzin maddi-texniki bazasının zənginləşməsinə böyük töhfə verir.

Qeyd edək ki, “Job in Global” MMC ilə əməkdaşlıq çərçivəsində tələbə və məzunlar 8 ay müddətində 5 ulduzlu hotellərdə təcrübə keçir, bütün əlavə xərclər qarşılanır, beynəlxalq sertifikat və aylıq 700 ABŞ dollarınadək əməkhaqqı ilə təmin olunurlar. Bu layihə peşə təhsilinə sosial məsuliyyət prizmasından yanaşmanın və işəgötürənlərlə səmərəli əməkdaşlığın uğurlu nümunəsidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
azertag.az

1Mənbələr