AZ

Azərbaycan dili Ermənistanda 3 məktəbdə tədris olunur

Azərbaycan dili Ermənistanın 3 məktəbində hökumətin regional dillər haqqında biliklərin yayılmasını təşviq etmək proqramı çərçivəsində tədris olunur.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan bildirib.

O diqqətə çatdırıb ki, bu proqrama yalnız 30-a yaxın məktəb qoşulub.

Nazir qeyd edib ki, mütəxəssislər olduğu üçün fars dili daha aktivdir, daha üç məktəbdə isə gürcü dili tədris olunur.

Janna Andreasyanın sözlərinə görə, ümumilikdə sorğular göstərib ki, Ermənistanın 400-ə yaxın məktəbi hər hansı regional dilin tədrisini təşkil etmək istəyir.

Nazir əlavə edib ki, məktəblərin əksəriyyəti türk dilinin lehinə seçim etsələr də, nazirlik ciddi kadr çatışmazlığı ilə üzləşib.

Seçilən
14
11
apa.az

10Mənbələr