AZ

Qiymət artımı yoldadır ... Hibrid avtomobillərin ölkəyə gətirilməsi ilə bağlı güzəştin ləğvi bazarda mənzərəni dəyişəcək

ain.az bildirir, Bizimyol portalına istinadən.

Hibrid avtomobillərin ölkəyə gətirilməsi ilə bağlı güzəştin ləğvi bazarda mənzərəni dəyişəcək. Heç şübhəsiz, həmin maşınların qiyməti yüksələcək. Hətta indidən qiymət artımı müşahidə olunur. Halbuki qərar 2026-cı ilin yanvarın 1-dən qüvvəyə minir. Ölkə avtomobil bazarı dəyişiklik ehtimalına reaksiya verməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, növbəti qərarın da eyni effekt yaradacağı gözlənir. Gələn ildən ölkəyə idxal olunan və istehsal tarixi 7 ildən çox minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır. Belə görünür ki, hər avtomobil üçün qiyməti təxminən 1500-3000 manat artırmaq lazım gələcək.

Son dövrlər yeni Çin avtomobillərinə marağın artması “ikinci əl” maşınlarını dəbdən salmışdı. Maşın bazarlarında durğunluq aşkar hiss olunurdu. Əlbəttə, yeni qərardan sonra fəallığın yaranacağı gözlənilmir. Sadəcə, qiymət artımı üçün daha bir səbəb yaranıb. Hadisələrin məhz belə inkişafını proqnozlaşdırmaq olar.

Bəs nə baş verə bilər? Hesab edirik ki, həm yeni, həm də istehsal tarixi 7 ildən çox olan avtomobillər bahalaşacaq. Bunları yazmaqla Amerika kəşf etmirik. Onsuz da ölkədə hər yenilik bahalaşmaya səbəb olur. Hər hansı qərarla bağlı elan belə, bazarda qiymət artımını tətikləyir. Bazarda təlaş həmişə hiss olunur. Yeni qərarlar yalnız gərginliyi artırmağa xidmət edir.

Düşünürük ki, yeni avtomobillərər, xüsusilə hibrid istiqamətinə maraq yenə azalmayacaq. Alıcılıq qabiliyyətinin aşağı düşməsi tamamilə mümkündür. “İkinci əl” avtomobil bazarında isə vəziyyət mürəkkəb olaraq qalacaq. Son illərdə yanaşma çox dəyişib. İnsanlar köhnə maşınların nazı ilə çox oynamaq istəmir. Yeni, bəzəkli təqdimat daha cəlbedici görünür.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
icma.az

1Mənbələr