AZ

“Rusiya Donbassda nəzarəti tam ələ almağa çalışır”- Politoloq

“Rusiya BRİKS görüşünə qədər mövqelərini gücləndirməyə çalışır”

Politoloq Tamilla Qulami News365.az-a açıqlamasında bildirib ki, Rusiyanın Pakrols vilayəti istiqamətində hərbi fəallığını artırmasının əsas səbəblərindən biri noyabrın sonunda Cənubi Afrikanın Yohannesburq şəhərində keçiriləcək BRİKS sammiti ilə bağlıdır.

Onun sözlərinə görə, həmin sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və ABŞ-ın sabiq Prezidenti Donald Tramp arasında görüş nəzərdə tutulur və Moskva bu görüşə qədər əlindəki hərbi və siyasi rıçaqları gücləndirməyə çalışır:

“Rusiya çalışır ki, sammitə qədər Donbass və ətraf ərazilərdə üstünlüyünü artıraraq, danışıqlarda şərtləri öz tərəfini irəli sürən mövqedə təqdim etsin. Bu səbəbdən də noyabrın ortalarınadək həmin istiqamətdə əməliyyatların intensivləşməsi gözlənilir.”

Politoloq əlavə edib ki, Donbassda Ukraynanın əsas müdafiə xətti möhkəmdir və Rusiya bu ərazilərdə tam nəzarəti ələ keçirməkdə çətinlik çəkir. Buna baxmayaraq, Moskva qış dövrünə qədər mümkün qədər çox ərazini tutmaq istəyir.

Tamilla Qulami həmçinin Polşa və Litva arasındakı strateji Suvalki dəhlizi məsələsinə də diqqət çəkib. O bildirib ki, bu dəhliz NATO ölkələri üçün Baltik regionuna quru əlaqə yaradan yeganə yoldur və Rusiya-Belarus alyansının həmin istiqamətdə hərbi təzyiq yaratmaq ehtimalı da nəzərdən keçirilir.

Politoloq sonda qeyd edib ki, hazırda Rusiya və Belarus bu istiqamətdə konkret addımlar atmaq imkanına malik deyil, lakin Moskva BRİKS sammitinə qədər bu istiqamətdə siyasi təzyiqləri artırmaq niyyətindədir.

Seçilən
20
news365.az

1Mənbələr