AZ

"Uzak Şehir" serialının setindən paylaşıldığı iddia edilən görüntü gündəm oldu – Ozan Akbaba açıqlama verdi

"Uzak Şehir" serialının setindən paylaşıldığı iddia edilən görüntü gündəm oldu – Ozan Akbaba açıqlama verdiSon dövrlərin ən çox müzakirə olunan layihələrindən biri olan "Uzak Şehir" serialının çəkiliş meydançasından paylaşıldığı iddia edilən bir foto sosial şəbəkələrdə böyük rezonans doğurub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, sözügedən fotoda məşhur aktyor Ozan Akbabaya demək olar ki, tam bənzəyən bir şəxsin avtobusun önündə oturduğu görünür.

Görüntü qısa müddət ərzində minlərlə dəfə paylaşılıb və istifadəçilər arasında müxtəlif fikirlər yaranıb. Bir qrup bu şəxsin aktyorun dublyoru olduğunu irəli sürsə də, başqa istifadəçilər görüntünün süni intellekt ilə hazırlandığını iddia ediblər.

Kimliyi hələlik dəqiqləşdirilməyən həmin şəxsin ətrafında yaranan müzakirələr böyüməyə davam edərkən, məsələyə birbaşa Ozan Akbaba özü münasibət bildirib. Aktyor, görüntülərlə bağlı sualları cavablandıraraq bunları deyib:

"O xəbəri mən də gördüm. Millətin işi-gücü yoxdur, süni intellektlə nəsə hazırlayıb sonra da ‘Bu Ozanın dublyoruymuş’ deyə ortaya atırlar."

Beləliklə, aktyor iddiaların həqiqət olmadığını açıq şəkildə bəyan edib.

Seçilən
12
sonxeber.az

1Mənbələr