AZ

Bakı Gəmiqayırma Zavoduna vergi güzəştinin uzadılmasına aydınlıq gətirilib

Bakı. Trend:

Bakı Gəmiqayırma Zavodu ölkədə fəaliyyət göstərən əsas gəmiistehsal müəssisəsidir. Vergi güzəştinin uzadılması ilə bağlımüraciət konsensusla dəstəklənib, çünki zavodun fəaliyyəti ölkəniniqtisadi və strateji hədəflərinə cavab verir.

Trend xəbərverir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisinİqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünküiclasında, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsihaqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, ölkədə qeyri-kommersiya təyinatlı gəmiistehsal müəssisələri yoxdur:

"Zavod uzun illər mənfəətli olmayıb, amma son 1-2 ildə istehsalhəcmi xeyli artıb. Hazırda orada eyni vaxtda təxminən 10 gəmi inşaolunur. Son 12 ildə cəmi 14-15 gəmi inşa edilib ki, bu da istehsaldinamikasını göstərir. Biz bu dinamikanı dəstəkləyirik və müdafiəetməyə hazırıq".

Seçilən
60
1
az.trend.az

1Mənbələr