AZ

“SOCAR da hərc mərclik də var idi, qeyri səmərəlilik də”

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

“SOCAR-da hərc-mərclik də var idi, qeyri-səmərəlilik də. Bu nöqteyi-nəzərdən SOCAR-ın son 5 ildə xalis mənfəəti təxminən 2 dəfədən çox artıb”. 

“Qafqazinfo” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. 

“Vergi məbləğinin ödənilməsi ilə bağlı olan şərhlər yalnış mülahizədir. Bu məlumatlar açıqdır. Yanaşma belə oldu ki, müəssisə sadəcə olaraq yalnız mənfəət vergisini ödəyir. Bu, belə deyil.

Müəssisə tərəfindən ödənilən vergilər müxtəlif növ vergilərdən ibarətdir. Ona görə də, dövlət müəssisələrinin optimallaşdırılması hər zaman dövlətin aidəyyəti strukturlarının diqqətində bundan sonra da olacaq. Yəni hansısa şirkətin, o cümlədən, SOCAR-ın fəaliyyətinə dair sual varsa, onlar SOCAR-a ünvanlanmalıdır”, - nazir bildirib. 

Nuranə Daxilqızı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
17
qafqazinfo.az

10Mənbələr