AZ

Azərbaycan nümayəndə heyəti Buxarestdə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Buxarest, 4 noyabr, AZƏRTAC

Rumıniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti noyabrın 4-də Buxarestdəki Tey Parkında Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Ümummilli Liderin əziz xatirəsi ehtiramla yad olunub, büstün önünə gül dəstələri düzülüb.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə Audiovizual Şurasının sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov daxildir.

Xatırladaq ki, Zəfər Günü münasibətilə noyabrın 4-də Buxarestdə Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə rəsmi qəbul keçiriləcək.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
81
9
azertag.az

10Mənbələr