AZ

"Yaxın dövlərdə onun nəticələrini görəcəksiz" - Sahil Babayev

"Növbəti dövrdə dövlət şirkətlərimizlə aktiv iş aparacayıq. Onların rentabelliyinin, səmərəliliyinin artırılması, eyni zamanda onların dövlət büdcəsinə dividend ödənilməsi ilə bağlı birgə işimiz aparılır. Düşünürəm ki, yaxın dövlərdə onun nəticələrini görəcəksiz".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.

"Bir sıra deputatlarımız icra ilə bağlı bəzi problemləri qeyd etdilər. Xahiş edirəm ki, hər hansı konkret məlumatlar varsa verin, aidiyyəti icra qurumu ilə birgə baxaq. Əgər hər hansı boşluq varsa, aidiyyəti qurumla birgə baxılması üçün daha konkret məlumatlar təqdim edin", - deyə nazir bildirib.

Anar Kəlbiyev

Seçilən
17
unikal.az

1Mənbələr